TikTok platformasında canlı yayım zamanı söyüş söydüyünə görə saxlanılan “Roshkarosh” ləqəbli Rövşən Süleymanzadə açıqlama verib.
OLAY yazır ki, bu barədə sözügedən platformada canlı yayımda danışıb. Azadlığa buraxılan tiktoker deyib ki, artıq qeyri-etik ifadələrdən istifadə etməyəcəklər:
“Yayımlarımız uyğun görüldüyü kimi olacaq. Camaata da sübut edəcəyik ki, biz təhqirsiz də əyləncəli ola bilərik. Bəlkə bir-iki gün ürəkdən deyib-gülə bilmərik. Analiz verdik, gözümün şahidiyəm ki, Səbuhi ilə mən təmiz çıxdım. Keçmişdə nəsə etmişəm, mənim problemimdir. Sabah da edə bilərəm. Bu da mənim problemimdir.
“Dakkılı”nın qanında nəsə çıxmağında günahkar biz deyilik. Analiz yalan olur? Əlbəttə günahkar özüdür, sabah məndə də nəsə çıxsa, deyəcəm günahkar filankəsdi. Əvvəl narkotik də istifadə etmişəm, içki də içmişəm, siqaret də çəkmişəm, onda görürdüz ki, arıq idim. Ən azından bilinirdi. İndi heç nə etmirəm. Sabahıma da qaranti vermirəm, nəsə etsəm, o da mənim problemimdir. Dərdini də mən çəkərəm. Bizi saxladılar, söyüşə görə cərimə yazdılar, izahatımızı aldılar. Hüseyn Məhəmmədoğlu bizdən şikayət etmişdi ki, söyüşlə danışırlar, ailəmiz baxır. Məni Dakkılını, Səbuhini çağırdılar, izahatımızı yazdıq”.