Fotosessiya
Fotosessiya

Adına saxta TikTok açıb, pul yığdılar

Adına saxta TikTok açıb, pul yığdılar

Türk aktyor Oktay Kaynarcanın adına saxta TikTok hesabı açılıb.

OLAY yazır ki, bu barədə sənətçinin özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, izləyiciləri aldadaraq, insanlardan yardım adı ilə pul toplamağa çalışan bu hesabı şikayət edib.

“TikTokda mənim adıma səhifə açıb, ianə toplamaq bəhanəsi ilə aldatmağa çalışan bir vicdansız var. Xahiş edirəm, belə hesablara və insanlara pul atmayın. Bu vicdansızlara qarşı cinayət işi açılıb. Ümid edirəm ki, onları qarşımda görərəm…”, - deyə, Kaynarca vurğulayıb.