Hər il Nyu-Yorkda gerçəkləşən “Meysis” paradı bu il də rəngarəng görüntülərə səhnə olub.
OLAY yazır ki, 95-ci dəfə gerçəkləşən paradda müxtəlif cizgi və film personajlarının şarları yer alıb. Yüzlərlə insan həmin görüntüləri izləmək üçün meydanlara axışıb.
Qeyd edək ki, parad ilk dəfə 1924-cü ildə özünü “Dünyanın ən böyük mağazası” elan edən “Manhetten”in genişlənməsi səbəbilə keçirdiyi bayramla başlayıb. Yığıncağın uğurlu keçməsi isə onu davamlı qeyd edilmək mərhələsinə çatdırıb.