Aktrisa Merve Boluğur dağıntılar altında can verən sosial şəbəkə fenomeni Taha Duymazla bağlı peşmanlığını bildirib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Sənətçi Tahanın ona yazdığı mesajı vaxtında görmədiyi üçün peşman olduğunu vurğulayıb:
“Gözəl qardaşım, mesajlarını görmədim. Çox peşmanam, getdiyin yerdə gözəl yat”.
Qeyd edək ki, T. Duymaz Merveyə yazdığı mesajlarda onunla görüşmək istədiyini bildirib.