Olay
Olay

Tahanın bacısı ölüm xəbərini yalanladı - Yenilənib

Tahanın bacısı ölüm xəbərini yalanladı - Yenilənib

Günlərdir dağıntı altında olan Taha Duymazın vəfat etdiyi iddia olunub.

OLAY yazır ki, bu barədə müğənni Gülben Ergen məlumat yayıb.

Tahanın özü haqda danışdığı videonu paylaşan Gülben “Sənə çata bilmədik, canım cocuq. Xilas edə bilmədik” sözlərini yazıb. Səhər saatlarında Tahanın bacısı Semha Duymaz isə dağıntıları paylaşaraq xilasetmə işlərinin aparıldığını demişdi.

S. Duymaz  yayılan xəbərlərdən sonra “Popbizde” səhifəsinə binadan bir cəsəd tapıldığını, onun Taha olub-olmadığının dəqiqləşmədiyini söyləyib. Həmçinin bildirib ki, meyitin qardaşına aid olub-olmadığını müəyyən edəcəklər.

Qeyd edək ki, zəzlələ zamanı Taha ziyarətə getdiyi qohumunun evində olub.

Onu da xatırladaq ki, Taha hələ az yaşında sosial şəbəkələrdə çəkdiyi yemək videoları ilə populyarlaşmışdı. O, əldə etdiyi gəlirlə imkanı zəif olan ailəsinə dəstək olurdu.

***

Taha Duymazın bacısı ölüm xəbərini yalanlayıb. O, insanların əsassız xəbərlərə inanmamağını söyləyərək, ümidlə gözlədiklərini bildirib.