Fotosessiya
Fotosessiya

Tahanın bacısı hər kəsə yalan danışır? 

Tahanın bacısı hər kəsə yalan danışır? 

Günlərdir dağıntılar altında axtarışı davam edən Taha Duymazla bağlı sosial mediada müxtəlif iddialar ortaya atılıb.

OLAY yazır ki, bu şayiələrdən biri də “Sisi” ləqəbli aparıcı Seyhan Soylunun oğlu Miraç Öz tərəfindən paylaşılıb.

Belə ki, Miraç Tahanın bacısı Semihanın hər kəsə yalan dediyini və bu vəziyyətdən diqqətləri üzərinə çəkərək məşhurluq qazanmaq istədiyini söyləyib:

“Yaxın dostum Tahayla ən son danışan mənəm, zəlzələdən 3 saat öncə telefonla danışdıq. Onunla danışanda mənə dostunun evində olduğunu demişdi. 5 dəqiqə danışdıqdan sonra telefonu söndürdük. Zəlzələdən sonra ona zəng etdim, əvvəl telefon çalırdı, lakin sonra məşğula düşdü. 2 gün sonra yenə zəng etdikdə zəng çatmırdı. Tahanın bacısı Semiha “AFAD”a 5 dəfə yanlış ünvan verib. Mən Semihaya zəng edib Tahanın bibisinin evində yox, dostunun evində ola biləcəyini dedim. Lakin o məni ciddiyə almadı. Və instaqramda videolar çəkməyə başladı.

Taha mənə bacısının məşhur olmaq istədiyini demişdi. Bu vəziyyətdən sonra Semihanın instaqram izləyicisi 125-dən 200 minə çıxdı. Fenomenlərdən kömək istədi, onların sayəsində özünü məşhurlaşdırdığını düşünürəm. Taha öldü, ya da dağıntılar altındadır və ya yaşayır, hər şey oyun imiş... Onu bilirəm ki, bacısının hər şeydən xəbəri var, mən belə düşünürəm. Bacısı zənglərimə cavab vermir, çünki nələrsə bildiyimi bilir.  Əgər Taha yaşayırsa və hər şey oyundursa, bu çox yanlışdır. Əgər Semiha Tahanın yaşadığını ya da öldüyü bilib sırf gündəmdə olmaq, məşhurluq üçün susursa,  bu da çox yanlışdır. Dualarım Taha ilədir…”.

Qeyd edək ki, zəzlələ zamanı Tahanın ziyarətə getdiyi qohumunun evində olduğu bildirilib.

Məlumat üçün onu da vurğulayaq ki, T. Duymazın LGBT üzvü olduğu və anasından başqa ailədəki hər kəsin buna sərt qarşı çıxdığı da əlavə edilib.