Müğənni Nura Suri dələduzluğa məruz qalıb.
OLAY yazır ki, bu barədə o, feysbuk səhifəsində məlumat yayıb. Sənətçi qeyd edib ki, onun adından səhifə açılıb və oyunlar keçirilir. Nura mövzu barədə polisə müraciət edəcəyini qeyd edib:
“Necə ağılsız məxluqlar var. Bunu da gərək polisə şikayət edəm, bəlkə, ağlı başına gələr”.
Qeyd edək ki, N. Suri ötən həftə onu instaqramda təhqir edən şəxs barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdi.