Fotosessiya
Fotosessiya

Haluka “dələduz” dedi - Məhkəməlik oldular

Haluka “dələduz” dedi - Məhkəməlik oldular

Zəlzələ zamanı öz qurucusu olduğu AHBAP vasitəsilə yardımlar göstərən Haluk Levent aparıcı-aktrisa Deniz Akkaya ilə məhkəməlik olub.

OLAY yazır ki, buna səbəb Denizin müğənninin ünvanına ağır ittihamlar irəli sürməsidir. Belə ki, rok ifaçısının fotolarını paylaşan Akkaya onun daha əvvəlki açıqlamalarına görə ATV rəhbərliyindən üzr istəməsini qınayıb:

“Duruşun olmamağı belə bir şeydir. Gizlədəcək nəyisə olmayan adam dik dayanar. İki ay əvvəl dələduzluq etdiyin insanlar efirə çıxmaq üçün gözləyirlər. Hazırlaş, az qaldı”.  

Bundan başqa Deniz Halukun cinayətkar olduğu iddia edilən Sezgin Baran Korkmaza aylar əvvəl səhnədə təşəkkür etməyini paylaşıb. Həmçinin H. Leventin keçmişdə qumar oynadığını, hələ də Kiprdə qumarxanalara getdiyini iddia edib. Deniz Haluku “plastik qəhrəman” adlandıraraq onun aldatdığını iddia etdiyi insanlarla görüşdüyünü bildirib.

Haluk Levent bu ittihamlar qarşısında səssiz qalmayıb:

“Şeytanın yer üzündəki təmsilçiləri maqazindən də vurmağa başladılar. Edin, amma indi yox. Kəndlərdə donanlar, evsizlər, yaxınlarının cəsədlərini tapa bilməyənlər var. Votsap nömrələrimizə dayanmadan yazırlar. İndi mən ara verdim və buradan Denizə cavab paylaşıram. Vaxta heyif deyil? Hörmətli Prezidentimizlə də fotosu olan Sezgin Baran Korkmazın bütün pulunu AHBAP üzərindən təmizə çıxartdığını yazıb. Bu dövlətin yoxlamalarının, MASAK-ının, kəşfiyyatının ağılllı yoxdur? Siz bilirsiz, onlar bilmir? Yeddi ildir bu səhifədə evlərdə hazırladığım pomidor-yumurtanı, tortları paylaşıram. Birlik üçün günümü oralarda keçirirəm. Bir gün Sezgin Baran zəng etdi. “Şirkətimizin partisində səhnə ala bilərsiniz?”, dedi. Mən də pul götürməyim, sən 5 ailənin problemini həll et, dedim”.

Levent vurğulayıb ki, Denizi məhkəməyə verib, qazanacağı 5 milyon lirəlik təzminatı zəlzələdən zərərçəkənlər üçün xərcləyəcək.