Fotosessiya
Fotosessiya

Oktayla Kenanın xəbərinə görə işindən qovuldu

Oktayla Kenanın xəbərinə görə işindən qovuldu

Türkiyənin məşhur maqazin jurnalisti Birsen Altuntaş uzun müddətdir çalışdığı Tv100-dən çıxarılıb.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Birsen bildirib ki, buna səbəb Oktay Kaynarca və Kenan İmırzalıoğlunun ATV rəhbərliyi tərəfindən “Türkiye tek yürek” ortaq yayımında iştirakının qadağan edilməsini yayması olub.

Jurnalist qeyd edib ki, xəbərin doğruluğunu yoxladıqdan sonra paylaşıb. Çalışdığı media qurumu isə onu işindən azad edib.

Xatırladaq ki, iki aktyorun AHBAP dərnəyinə dəstək olduqları üçün yayıma çıxmaqlarına icazə verilmədiyi iddia edilmişdi.