“Türkiyə tek yürek” ortaq yayımında aktyorlar Oktay Kaynarca və Kenan İmırzalıoğlunun yer almayacağı məlum olub.
OLAY yazır ki, bu qərarı ATV rəhbərliyi verib. Bildirilib hər iki sənətçi Türkiyədə bir ilk kimi tarixə keçəcək olan yayımdan çıxarılıb.
Qeyd edək ki, hər iki sənətçi də Haluk Leventin qurucusu olduğu AHBAP-a dəstək verir.
Onu da xatırladaq ki, 15 fevralda baş tutmalı olan ortaq yayımda zəlzələdən zərərçəkənlər üçün yardım toplanacaq.