Fotosessiya
Fotosessiya

Sem yenə geyimi ilə təəccübləndirdi

Sem yenə geyimi ilə təəccübləndirdi

Dünyaca məşhur ingilis müğənni Sem Smit yenə də geyimi ilə təəccübləndirməyi bacarıb.

OLAY yazır ki, tez-tez fərqli tərzi ilə müzakirə obyektinə çevrilən sənətçi “BRİT” mükafatlandırma gecəsində də diqqətləri üzərinə toplayıb.

Sem Londonun cənub-şərqində keçirilən tədbirdə qara, parıltılı parçadan tikilən, qol və ayaq hissələri şişirilmiş kombinezon geyinib. İfaçı eyni rəngli, hündür platforma ayaqqabıları ilə obrazını tamamlayıb.

Qeyd edək ki, Smit fərqli tərzinə görə küçədə zorakılığa məruz qaldığını bildirmişdi. O, hətta bir şəxsin buna görə onun üzünə tüpürdüyünü də vurğulamışdı.