Fotosessiya
Fotosessiya

“Dedilər, balanın tək güvən yeri sənsən”

“Dedilər, balanın tək güvən yeri sənsən”

Aparıcı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşım edib.

OLAY yazır ki, o, övladının ad günü olduğunu bildirib. Vüsalə deyib ki, Diləyi təbrik etsə də, Türkiyədə baş verənlərə görə paylaşmağa utanıb:

“Mənim dünyam, həyatımın hər günü sənsən, aldığım hər nəfəsdə sənə sevgim çiçək açır. Dünya malından tək hədiyyəm, halalım, zəhmətin, dualarım, yuxusuz gecələrim, yaşadıqlarım və yaşaya bilmədiklərim sənsən. Gerçəkləşən ən böyük diləyim. Gecə balamı təbrik etdim. Amma yaşanan hadisələrə görə paylaşım etməyə belə utandım. Çıxılmaz vəziyyətdə qaldım. Dostlarım sağ olsun ki, bu dəfə də başlanğıcı onlar etdilər. Sən də balanın tək ümidi, tək güvən yerisən. O da sənin birdənəndir, dedilər. Gərək onun hər özəl günü instaqram arxivində olsun. Özümlə qürur duyuram ki, sizi qazanmışam. Həmişə mənim olun”.