Müğənni və rejissor Mahsun Kırmızıgül zəlzələ bölgəsində gördüklərindən danışıb.
OLAY yazır ki, zəlzələ üçün sözügedən ərazilərə yollanan sənətçi vətəndaşların çətinliklərindən söz açıb:
“Adıyamanda xalq gecəni küçələrdə keçirir. Minlərlə insan yaxınlarından bir səs, bir xəbər gözləyir. Mən çox duyğusal səhnə, film çəkdiyimi düşünürdüm. Amma belə içimi titrədən, məni yıxan bir tragediya ilə qarşılaşmamışdım. İnanın, həyatımın şilləsini yedim”.