Aktyor İlker Kaleli Türkiyədə “Twitter”in məhdudlaşdırılmasından sonra sözügedən platformanın sahibi İlon Maskdan kömək istəyib.
OLAY yazır ki, sənətçi sosial şəbəkə hesabından Maska müraciət ünvanlayıb.
“Minlərlə insan hələ də dağılmış binaların altındadır, xilas edilməyini gözləyir. Dondurucu soyuqda mümkün qədər tez və çox insanla əlaqə saxlamalıyıq. “Twitter”in problemsiz işləməsinə ehtiyacımız var!”, - deyə, Kaleli qeyd edib.