Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmir.
OLAY yazır ki, bu barədə sənətçi feysbukda məlumat paylaşıb. İfaçı köhnə tikililərin yenilərdən dözümlü olduğunu vurğulayıb:
“Məncə, bizim köhnə binalar heç sökülməsin. Yenə sığınacaq bir yer var. Daşı daş, sementi sement, divarın qalınlığına söz ola bilməz, bünövrəsi bünövrə. İllərlə tikilən binalar, bir günə yox...”.