Ulduz futbolçu Kriştiano Ronaldonun imzalı forması Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün satışa çıxarılıb.
OLAY yazır ki, bu barədə məşhur türk futbolçu Merih Demiral sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, Ronaldo ilə danışdığını və onun fəlakət səbəbindən kədərli olduğunu da qeyd edib.
Demiral köynəyin satışından əldə olunanan gəlirin “Ahbap” dərnəyinə bağışlanacağını bildirib.