Olay
Olay

Ronaldonun oğlu vəfat etdi

Ronaldonun oğlu vəfat etdi

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun yeni doğulan övladı vəfat edib. 

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. 

Ronaldo bildirib ki, sevgilisi Corcina Rodriguez doğuş zamanı körpələrindən birini - oğlunu itirib. 

“Bir ana-atanın yaşaya biləcəyi ən böyük acıdır. Qızımın doğulması bizə bir az güc və ümid verir. Canımız oğlumuz, sən bizim mələyimizsən”, - deyə futbolçu bildirib. 

Qeyd edək ki, Kriştianonun daha dörd övladı var. Əkizlərlə birlikdə onun altı uşağı olmalı idi.