Fotosessiya
Fotosessiya

Natiq Şirinov yeni doğulan nəvəsi ilə

Natiq Şirinov yeni doğulan nəvəsi ilə

Xalq artisti Natiq Şirinov yeni dünyaya gələn nəvəsiylə birgə paylaşım edib.

OLAY yazır ki, sənətçi fotonu instaqramda izləyicilərlə bölüşüb. O, qız nəvəsinə Şəms adını qoyduqlarını qeyd edib.

“Məni baba edən Şəms nəvəm, xoş gəldin!”, - deyə, Şirinov bildirib.

Xatırladaq ki, nağara ifaçısının oğlu Ümid Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə evlidir. Ü. Şirinov da sosial şəbəkə hesabında xanımı və övladıyla görüntülərini paylaşıb.