Fotosessiya
Fotosessiya

Əməkdar artist boşandığını dedi, inanmadılar

Əməkdar artist boşandığını dedi, inanmadılar

Əməkdar artist Rəhman Rəhmanov “Elgizlə izlə” verilişində boşandığını açıqlayıb.

OLAY yazır ki, hətta o, yenidən evlənmək istəyəcəyini bildirib:

“Mən desəm ki, evlənmək istəyirəm, heç kim mənim üçün gəlməz, ya da zəng etməz. Ona görə burada olan kişilərə, oğlanlara, xanımlara paxıllığım tutur ki, bir-birinin dalınca gəlirlər. İndi subayam da, yoxumdur. Görüm günün, verilişin axırına qədər zəng edən olacaqmı”.

Lakin aktyorun bu açıqlaması izləyicilərə, həm də studiyadakı ekspertlərə inandırıcı gəlməyib. Onun zarafat etdiyini düşünüblər. R. Rəhmanovun evlilik üzüyünü barmağında olması da tamaşaçıları bu məlumatın yalan olduğu qənaətinə gətirib.

OLAY sənətçinin özü ilə əlaqə saxlayıb. Lakin o, mövzu haqda danışmaq istəməyib:

“Mən bu barədə danışmaq istəmirəm. Sizi nə maraqlandırır? Şənbə günü Elgizin verilişində geniş açıqlama verəcəyəm”.

Qeyd edək ki, Rəhman Rəhmanov bir dəfə də ailəli olub ayrılıb.