Fotosessiya
Fotosessiya

“Zəhra anasının paltarlarını qucaqlayır”

“Zəhra anasının paltarlarını qucaqlayır”

“Zəhra evlərində atasının yanındadır. Uşağın ürəyi partlayır. Mən onu başa düşürəm. Allah heç bir balaya göstərməsin. Mən də anama çox bağlı idim. Uşaq olanda anamla atam gedib Amerikada 6 ay qaldılar. Biz də iki bacı, iki qardaşıq, bibilərimizlə qaldıq. O qədər darıxmışdım ki, onlar üçün arıqlamışdım. Hələ bilirdim ki, anam gələcək. Zəhra bilir ki, anası qayıtmayacaq, onu yalnız seriallarda görür”.

OLAY-ın məlumatına görə, bu sözləri TikTok-da canlı yayım zamanı Əməkdar artist Ülviyyə Əliyeva mərhum həmkarı və rəfiqəsi Tünzalə Əliyevanın övladı haqda deyib. O bildirib ki, Zəhra hər gün anasına görə onun son çəkildiyi serialı izləyir:

“Hər gün “Qaratikan” serialına baxır. Çox pis şeydir. Haradasa 11 gündür rəhmətə gedib. Uşaq arıqlayıb. Röyala deyirəm ki, toppuş elə bil arıqlayıb. Dərdini içində çəkir. Dünən Dilarə (Əməkdar artist Dilarə Əliyeva, - red.) həmin serialdan danışdı. Soruşdu ki, Zəhra, “Qaratikan”da ən çox kimə gülürsən, kim xoşuna gəlir? Deyir ki, anam. İndi onun anaya bağlı olan, onu qucaqlayan vaxtıdır. Amma anasının paltarlarını qucaqlayır. Uşağın üzünə heç baxa bilmirsən. Nə vaxt yanına gedirəm, ancaq anasından danışmaq istəyir. Hər şeydə onu axtarır. Ata nə qədər baxsa da, uşaq anadan yetim qalır”.

Aktrisa həmçinin Xalq artisti Afaq Bəşirqızının Zəhra üçün fond yaradılması təklifindən də söz açıb:

“Afaq xanım sənət adamlarına müraciət etmişdi. Ona görə ki, 3 mərasimini, dəfnini Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra hakimiyyəti boynuna götürmüşdü. Allah onlardan razı olsun. Sənət yoldaşları mərasimdə el adəti ilə dəftər soruşdular ki, pul yazılsınlar. Biz dedik ki, pul yığılmır. Çünki ayıb olar ki, Nazirlik əziyyət çəkib mərasim verir, biz də dəftər qoyub pul yığaq. Onda da demişdilər ki, biz kömək olmaq istəyirik. O zaman Afaq xanım bu təklifi irəli sürdü ki, sənət yoldaşlarından kim istəyirsə, fond yaradılsın, Zəhra üçün ora pul yığılsın. Həmin məbləğ də banka yüklənsin, ehtiyacı olanda atası oradan çıxartsın. Yaxud da 18 yaşına çatanda onun təhsili üçün xərclənsin.

Anasından, iş yoldaşlarından yadigar qalsın. Axı bir də iş yoldaşı ola bilməyəcəyik. Bunu şişirtdilər, aləmi vurdular, kömək etmək istəyənlər də kənara çəkildilər. Sonra Manaf Ağayev, Gülyaz və Gülyanaq bacıları soruşdu ki, biz nə edə bilərik. Afaq xanım da dedi ki, istəyirsizsə, Tünzalənin 40-na qədər baş daşını və qəbrini düzəltdirək. Ailəyə yük düşməsin, həyat yoldaşı uşağa tək baxır, bacılarının da imkanı yoxdur. Onlar da razılaşdılar. Hələlik pul köçürənlər. Dilarə Əliyeva, Manaf Ağayev Rafael İskəndərovdur. Həyat yoldaşı da bu gün qəbir abidəsinin düzəldilməsi üçün behi ödədi. Qalan pul yığılmayıb, Röyal da dedi ki, alınmasa, özü edəcək. Afaq xanım da deyir, indi uşağa baxır, pulu haradandır, əlində olanı Zəhraya xərcləsin. Hələlik məsələ bu yerdə qalıb”.