Türk müğənni İrem Derici bir neçə gündür eşq həyatı ilə bağlı yayılan iddiaları təsdiqləyib.
OLAY yazır ki, bu barədə “Söylemezsem olmaz” proqramında danışıb. İrem deyib ki, “Survivor” iştirakçısı olmuş Atakan Işıktutan ilə sevgilidir.
“Feyyaz Şerifoğlu mənim yaxın dostumdur. O, onun qohumudur. Sosial şəbəkədə mesajlaşdıq. Mən 2020-də bir mesaj yazmışdım, cavab gəlmədiyi üçün unutmuşam. İlk dəfə onun şorgöz olduğunu düşündüm. Amma Allah ailəsinə bağışlasın, mələk kimi adamdır. Mənə çox yaxşı təsir göstərir. Hələ münasibətimiz yenidir”.