Fotosessiya
Fotosessiya

“4 ildə bir manat belə xərcləmədik”

“4 ildə bir manat belə xərcləmədik”

“İlk dəfə öyrənəndə ki, artıq gözəl, nur üzlü həyat yoldaşımda xərçəng var, o dərhal Qənirə Paşayevaya zəng edib bu xəstəliyin daşıyıcısı olduğunu dedi. O, “sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar” dedi. Sabahı gün həyat yoldaşım oraya yollandı”. 

OLAY yazır ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sənətçiyə məxsus instaqram hesabında paylaşım edib.  

O, xanımının ilk dəfə xəstəliyə necə düçar olmasından danışıb və bu dövrdə onların yanında olan hər kəsə təşəkkürünü bildirib:

“Akademik Cəmil Əliyev şəxsən özü zəng edərək hər şeyi tam təmənnasız olması üzçün tapşırıq vermişdi. İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz 1-ci hissə idi. 

İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər...

4 il, tam 4 ildə bir manat belə xərcləmədik! Amma tək gerçək var ki, Quran-da yazıldığı kimi “Ya Rəsulum döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nə də ki, bir gün gec ölərlər”

Və artıq həyat yoldaşım, nur üzlü xanımım televiziyada işləmirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev onu işə qəbul etdi. Mənim nur üzlü həyat yoldaşım əvvəllər də onunla işləyib. 

Bütün bu olan hadisələri deməyi özümə borc bildim. Başda cənab Prezident İlham Əliyev olmaqla hər kəsdən Allah razı olsun”.