Kral 3-cü Çarlzın tacqoyma mərasimi ilə bağlı yeni detallar üzə çıxıb.
OLAY yazır ki, təntənəli tədbirdə məşhur “Spice Girls” qrupunun səhnə ala biləcəyi bildirilib. Hətta qrupu qala-konsertdə çıxış etməsi üçün dəvət də ediblər. Komanda üzvləri karyeraları müddətində kralla dəfələrlə görüşdükləri üçün bu təklifi qəbul ediblər.
Vurğulanıb ki, “Spice girls” belə bir tarixi hadisə üçün əfsanəvi heyətlə səhnəyə qayıtmağı ciddi düşünür.
Qeyd edək ki, onlar 2012-ci ildə Olimpiya Oyunlarının bağlanış mərasimində tam heyətlə çıxış etmişdi. Xatırladaq ki, qrup üzvləri sırasında indi modelyerliklə məşğul olan Viktoriya Bekhem də var.