“Spice Girls” 20 il əvvəl dağılsa da, hələ də bütün zamanların ən böyük qız qruplarından biri hesab olunur.
OLAY yazır ki, beş üzv - Mel Bi, Viktoriya Bekham, Emma Banton, Melani Si və Ceri Halliuel 1996-cı ildə “Wannabe” adlı debüt sinqlını buraxandan sonra dünya şöhrətli ulduz oldular.
Hazırda qrup mövcud olmasa da, “Spice Girls”ün xanımları bu gün də böyük ulduzlardır və çoxlu pul qazanaraq dayanmadan işləməyə davam edirlər.
“Just jared” onların sərvətini hesablayıb. Alınan nəticə isə belədir:
Mel Binin sərvəti 6 milyon dollardır. Qrupdan ayrılandan sonra iki solo sinql buraxan sənətçi “X Factor”, “The Voice” və digər məşhur layihələrdə yer alıb.
30 milyon dollar sərvəti olan olan Melani səkkiz albom buraxaraq bütün “Spice Girls” təmsilçiləri arasında ən uğurlu solo musiqi karyerasına sahibdir. O, həmçinin “The X Factor Australia”, “Superstar”, “Bring the Noise”, “Asia’s Got Talent”, “The Voice Kids”, “Celebrity Gogglebox” və “Dancing with Stars” kimi realiti şoularında çıxış edib. Melani həmçinin Böyük Britaniyada iki musiqili filmdə rol alıb.
Emma Bantonun isə 40 milyon dollar sərvəti var. Bir neçə hit albom buraxan Emma uğurlu solo musiqi karyerasına sahibdir.
Ceri Halliuel “Spice Girls”dən ayrılan ilk üzvdür. O vaxtdan bəri o, üç solo albom buraxıb, bir sıra uşaq kitabları ilə birlikdə xatirələr yazıb. Onun da 40 milyon dollar varidatı var.
“Spice Girls”də keçirdiyi vaxtdan sonra Viktoriya qısa müddət ərzində solo karyeraya başlayıb, bir albom buraxıb. Daha sonra o, musiqidən modaya keçdi və 2008-ci ildə özünün çox milyon dollarlıq moda şirkəti olan “Victoria Bekham” brendini yaradıb. Marka geyimlərlə yanaşı, eynək, çanta, paltar və cins dəstləri buraxır. O, həmçinin ətir və kosmetika sahəsində biznesini genişləndirdi. Viktoriya iki kitab və beş sənədli film də buraxıb.