Məşhur azərbaycanlı karateçi Ayxan Mamayevin adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. O bildirib ki, şəklindən istifadə olunaraq insanlar aldadılıb:
“Əgər kiməsə hansısa profildən bu şəklimlə və ya mənə aid başqa fotoyla bağlı nəsə göndərsələr, dərhal blok edin. Mesajı açan kimi səhifə ələ keçiriləcək”.