34 yaşlı britaniyalı aktyor Rege-Jan Peyc dünyanın ən yaraşıqlı kişisi seçilib.
OLAY yazır ki, Londonda Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri doktor Culian De Silva sənətçinin üzünü “qızıl qayda” ilə əlaqələndirib.
Nəticədə “Bridgerton” serialının ulduzunun üz nisbətlərinin 93,65 faizlə ideala yaxın olduğu məlum olub.