Film / Serial
Film / Serial

“The Bridgerton”un 2-ci sezonu nə vaxt olacaq?

“The Bridgerton”un 2-ci sezonu nə vaxt olacaq?

“Netflix” striminq xidmətinin rəsmi “YouTube” kanalında “The Bridgerton” serialının ikinci mövsümünün ilk tizer treyleri təqdim olunub.

OLAY yazır ki, 2-ci mövsüm Conatan Beylinin canlandırdığı Entoni Bridgerton və onun yeni sevgisi Kate Sharma arasındakı münasibətdən bəhs edir.

Serialın premyerası martin 25-də baş tutacaq.

Qeyd edək ki, Netflix-in nəhəng layihəsi “Bridgerton” kütləvi və istedadlı personaj heyətinə malikdir. Bridgerton Julia Quinn-in romantik romanı əsasında hazırlanan film 1800-cü illərin Bridgerton ailəsindən bəhs edir.