Fotosessiya
Fotosessiya

Faiq Aygünün ad günündə niyə yox idi?

Faiq Aygünün ad günündə niyə yox idi?

Xalq artisti Faiq Ağayevin həmkarı, yaxın dostu Aygün Kazımovanın ad günü partisində iştirak etməməsi diqqət çəkib.

OLAY-ın məlumatına görə, 26 yanvar Ağayevin atasının ölüm ildönümü olduğu üçün nəinki bu şənlikdə, ümumilikdə heç bir əyləncə məclisinə qatılmır.

Qeyd edək ki, sənətçi 25 yanvar gecə saatlarında Kazımovanın evinə yollanaraq onu təbrik etmişdi.