Fotosessiya
Fotosessiya

“Toyda mahnını söndürdülər ki, çıxsın çölə”

“Toyda mahnını söndürdülər ki, çıxsın çölə”

Rəqqasə Rəna Ağamuradova (Renka) hazırda toy məclislərində çox iştirak etmədiyini bildirib.

OLAY yazır ki, bu barədə o, Eldar Həsənovun yutub layihəsində danışıb.

“İndi toylara çox getmirəm. Xınalarda iştirak edirəm. Bir dəfə gəlin xahiş etdi ki, qurban olum, Rəna xanım, iştirak edin. Soruşdum ki, böyüklərə, valideynlərinə demisən? Dedi ki, hə. Toya qatıldım, ikinci mahnıda söndürdülər ki, çıxsın çölə. Dayısının xoşuna gəlməyib. Ondan sonra toya getmirəm. Yalvarırlar ki, gəlin, bizim toyda belə olmayacaq. Söyləyirəm ki, qurban olum, kimsə gəlib mütləq o mahnını keçirəcək. Ancaq qadın məclislərində iştirak edirəm. Heyif deyil, düşürük ortaya, oynayıb çıxırıq. Kişi məclislərində isə insan sıxılır”, - deyə, Renka bildirib.