Aktrisa Ancelina Colinin qadınlara qarşı zorakılıqla mübarizə xeyriyyə təşkilatı bağlanır.
OLAY yazır ki, xarici mətbuatda yer alan məlumatlara görə, buna səbəb maliyyət problemləridir.
Qeyd edək ki, fond 2015-ci ildə Hollivud ulduzu Baronessa Arminka Helich və keçmiş Mühafizəkarların lideri Uilyam Heyq tərəfindən yaradılıb. Məlumatlara görə, Coli yarandığı gündən təşkilata 1,7 milyon funt sterlinq ( təxminən 4 milyon manat) sərmayə qoyub. Hazırda sənətçinin kreditorlara borcu olduğu bildirilir.