Ötən gün “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında konsert təşkil olunub.
OLAY yazır ki, Kazım Sübhanın aparıcılıq etdiyi gecədə Azərbaycanın estrada ulduzları iştirak edib.
Konsertdə Nura Suri, Sevda Yahyayeva, Dilarə Kazımova, Səidə Sultan, Nadir Qafarzadə, Günay İbrahimli, Rauf və başqaları yer alıb.
Onlar tamaşaçılar üçün sevilən mahnılarını səsləndiriblər.
Qeyd edək ki, iki illik fasilədən sonra təşkil olunan “Torpaq əlimdə, bahar ürəyimdə” indiyədək “Nargis” Fondu tərəfindən təşkil olunmuş ən böyük xeyriyyə yarmarkasıdır.
Yarmarka aprelin 10-dək hər gün 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.
Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. Fond tərəfindən təşkil olunan müxtəlif xeyriyyə layihələri sayəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan yüzlərlə körpə yenidən sağlamlığa qovuşub.