Keyt Middlton pandemiya dövründən sonra bir çox tədbirlərə qatılıb, rəsmi səfərlər edib.
OLAY yazır ki, Keyt iş səyahətlərinə görə qarderobunu yeniləyib. Şahzadə Uilyamın xanımı ötən bir ildə libaslarına 176 min funt-sterlinq (362 min manat) dəyərində pul xərcləyib. Uels şahzadəsi lüks brendlərlə yanaşı retro stildə paltarlara da üz tutub. Məlumata görə, Keytin geyim xərclərini Kral Çarlz rəsmi büdcəsindən qarşılayır.
Middltonun bu il geyindiyi ən bahalı libas “Top Gun 2: Maverick” premyerasında 2 min funt-sterlinq ( 4 min manat) dəyərində qara, zərif paltardır. Şahzadə həmin gecədə 10 min funt-sterlinqdən (20 min manat) çox dəyərdə olan zinət əşyalarından istifadə edib.
2021-ci ildə isə Keytin qarderob xərci 49 min (100 min) funt sterlinq idi.