Fotosessiya
Fotosessiya

Atası Tünzalənin ölümündən xəbərsizdir

Atası Tünzalənin ölümündən xəbərsizdir

Əməkdar artist Tünzalə Əliyevanın atası onun ölümündən xəbərsizdir.

Bu barədə OLAY-a mərhum sənətçinin bacısı Zülfiyyə xanım məlumat verib.

O, Əliyevanın səhər saatlarında həyatını itirdiyini bildirib:

“Səhər saat 11-də rəhmətə gedib. Axır bir həftəni xəstəxanada idi, danışa bilmirdik, səsi çıxmırdı. Böyük bacım yanında idi. Vida mərasimi haqda hazırda dəqiq bilmirəm, biz indi yoldayıq, Bakıya gedirik, hələ ki dəfn barədə heç bir məlumatım yoxdur… Bu dəqiqə baş çox qarışıqdır, bizim telefonlarımıza da doğru-düzgün cavab vermirlər. Hazırda atam yanımdadır, heç nə bilmir, ora çatanda onu məlumatlandıracağıq. Ona görə danışa bilmirəm…”.