Fotosessiya
Fotosessiya

“Rayon söhbəti edənlərin Bakıdan xəbəri yoxdur”

“Rayon söhbəti edənlərin Bakıdan xəbəri yoxdur”

Şairə Nazilə Səfərli də son günlər müzakirə yaradan şəhərli-rayonlu mövzusundan danışıb.

OLAY yazır ki, bununla bağlı Nazilə video çəkib instaqramda paylaşıb. Həmin görüntlərdə isə bu sözləri bildirib:

“Neçə gündür, səngimək bilməyən mövzuya bir vergül də mən qoymaq istəyirəm. Baxıram ki, nöqtə qoymaq fikirləri yoxdur, yəqin ki, sonra da kimsə bu mövzunu davam etdirəcək. Rayondan, əyalətdən, kənddən, qıraqdan gələnlər, yerli-yersiz söhbətlər. Biz qıraqdan gələn olduq? Siz yerlisiz, biz qıraq? Siz asfaltsız, biz torpaq? Ömür boyu şəhərin kəndə işi düşüb. Rayonun qatığı, südü, buğdası, əti, qaymağı mədənizə gedəndə yaxşıdır? İndi özümüz pis olduq?Mən qarapapaq türküyəm, Borçalı əsilliyəm, 1993-dən Azərbaycan vətəndaşıyam. Müharibədə dayım oğlu da savaşdı, 5 gün itkin düşdü. Valideynlərini şirin dilə basa-basa, anasının ürəyi yatmasın deyə, bir-bir morqları gəzəndə, itkinlərin içində qardaş deyib ağlayanda, özümü döyəndə biri soruşadı.. Ki, sən hara morq , hara, döyüş hara?

Gürcüstanlısan burada nə gəzirsən. Dəvəniz düzə çıxdı? İndi qıraq olduq? Səngərdə kirpiyindən sıra tökülən oğlanların 90 faizi rayonludur. Vətənin o başı bu başı var? Qarabağı almaq üçün rayonlu da, bakılı da döyüşdü. İndi bu nə təxribatdır yaratmısız? Rayon camaatı ikinci növdür? Niyə belə edirsiz? Rayonda ən kasıb balası da ziyalıdır. Bakıya gəlib kimin damını uçurtmuşuq?Şoran, neft qaynayan torpaqlarda ev tikib yaşayırıq. Kimin gözünü çıxardıq? Yayda canınızı od basanda nə yaxşı dağa gedirsiz? Getməyin də, deyin ki, nə olsa, Bakıdır. Fikir vermişəm, rayon söhbətini salanların birinin də Bakıdan xəbəri yoxdur. Deyir mədəniyyət şəhərdədir. Salyanlılar toy danışmağa gəlmişdilər, tələsirdilər. Dedilər ki, rayona teatr gəlib orada iştirak etməlidirlər. Camaat rayonda teatra gedir. Bakıda heç 10 faiz getmir. Bir sözü deyəndə fikirləşin ki,  neçə ürək qırırsız. Ziyalılardan nə qədəri rayonludur. Onsuz da bizi bölüblər də... Borçalı, Təbriz yetim kimi mələyir, Dərbənd orada bağlı qalıb. Siz nə edirsiz? Əziz bakılılar, bilirəm ki, bu sizin işiniz deyil, heç vaxt gəlmə söhbəti etməmisiz. Bu hansı təbliğatdırsa, yaxşı iş görmürsüz”.