Fotosessiya
Fotosessiya

“Ailəli olmadığım üçün hotelə qoymadılar”

“Ailəli olmadığım üçün hotelə qoymadılar”

Prodüser Tarix Əliyev (Tolik) hotellərdən şikayətlənib.

OLAY yazır ki, bu barədə o, “Ümid ilə gəl” proqramında danışıb. Tolik deyib ki, Şamaxıda başına maraqlı hadisə gəlib:

“Bir narazılığım var, Şamaxıda “Sakit göl” hotelinə bizi buraxmadılar. Ailəli deyiləm, amma içki içmirəm, siqaret çəkmirəm. Həftəsonu gedib dincəlmək istəyirəm. Yanımdakılar da ailəli xanımlardır. Sakit bir gün keçirib, gölün qırağında gəzmək istəyirik. Qətiyyən icazə vermədilər. Dedilər ki, ər-arvad olmalısız. Söylədim ki, ailəmlə gəlim, bacımı, bibimi gətirim. Yenə icazə vermədilər. Bu nə qədər düzgündür? O qədər ailə tanıyırıq ki, əri gedib içib xanımını yıxıb sürüyür. Əgər sakitlik istəyirlərsə, səs-küydən narahat olurlarsa ki, kimsə kimisə döyər... Belə məsələlər də var. Bir adam tanıyıram içən kimi xanımını yıxır sürüyür, söyüşlər söyür”.