Fotosessiya
Fotosessiya

“Dünyadan köçəndə vəsiyyət edəcəm ki,…”

“Dünyadan köçəndə vəsiyyət edəcəm ki,…”

Əməkdar artist Aybəniz Haşımova Əməkdar incəsənət xadimi Tahir Əkbərlə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi mərhum bəstəkarın 20 Yanvarda doğum günü olduğunu bildirib.

“İndi sizə baxmaqdan savayı heçnə qalmır… Səssiz, lal olmuş şəkillər... O şəkillər ki, tarixə, keçmişə dönsə də, musiqiləri ilə dil açıb danışırlar… Görəsən, yaradıcılıqları, dəyərləri olmasaydı, bu şəkillər nə deyərdi?... Kimlər idi bu susmuş şəkillərdən baxan insanlar?...

Tahir Əkbər, indi göylərdən baxıb yer üzünə nə düşünürsünüz, görəsən? Deyirsinizmi, heyif mənim əməyimdən? Yoxsa, bir də bu dünyaya gəlsəydim, yenə belə yaşardım deyirsiniz? Bu gün şəhidlərlə birgə sənin də doğum günün şəhid olub. Yaxşı xatırlayıram… Heç vaxt, bir də doğum günümü qeyd etməyəcəm dedin, Tahir Əkbər. Etmədində! Bu gün isə sənin dünyamıza musiqilərinlə, böyük istedadınla doğulduğun gündür, ustad! Səninçün, Şuşa müjdəsini vermək üçün çox darıxıram. Axı sən şuşalı idin, vətəni canın qədər sevən idin… Yenə səninlə görüşəcəyik, inanıram. Onda sənə o qədər söyləyəcəklərim var ki, bilirsən?! Əsas da sənə Şuşadan torpaq gətirəcəm. Dünyadan gedəndə vəsiyyət edəcəm ki, Şuşadan gətirdiyim torpağı ovucuma bağlasınlar, canım qardaşım.

O torpağı gördüyündə sənin baxışlarını təsəvvür edirəm... Həsrətə dönmüş baxışlarının sevinc göz yaşları ilə dolmasını... Eh, bəlkə də, bu ovutmalar da mənim səbrim, özümə təskinliklərimdir... Bəlkə də, səni heç görməyəcəm, özüm də yavaş-yavaş yer üzündən silinəcəm... Dünyanın özü də bizə bənzəyir, ya biz dünyaya, bilmirəm?! Amma onu bilirəm ki, nə mən, nə də sənin musiqilərini sevən tamaşaçılar heç biri vəfasız deyil... Səni unutmadıq, unutmayacağıq da! Allah sənə, cəmi şəhidlərə rəhmət etsin...”, - deyə, Haşımova qeyd edib.