Fotosessiya
Fotosessiya

Ələkbərdən kədərli paylaşım

Ələkbərdən kədərli paylaşım

Meyxanaçı Ələkbər Yasamallı bir müddət əvvəl intihar edən bacısı oğlu Şamxaldan yazıb.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Şamxalın görüntülərini paylaşan Ələkbər bu sözləri bildirib:

“30 yaşımdan 40 yaşıma kimi keçən 10 il çox tez ötdü. Şamxalsız 3 il isə ağrılı-acılı, hər saniyəsi kədər dolu 30 il kimi göründü. Kaş bu sözləri sən mənim üçün yazardın, nurüzlü Şamxalım. Bu 3 ilin hər ağrılı anı da kaş deyə-deyə keçdi. Səninlə üzbəüz dayanıb, dərdləşmək üçün nələr verməzdim. Amma sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da, bizə yaxşı kimi görünməyib. Allah günahlarını bağışlasın. Qəbrin nurla dolsun”.

Qeyd edək ki, ötən il Ələkbərin yaxın dostu, meyxanaçı Rəşad Dağlı onun bibisi oğlu İsgəndər Mehtiyevi qətlə yetirib.