İtalyan moda evi “Valentino” BTS üzvü Suqa ilə müqavilə imzalayıb.
OLAY yazır ki, indi cənubi koreyalı müğənni brend səfiri olacaq. Sənətçinin markanın kişilər xəttinə həsr olunmuş “Maison Valentino Essentials” kampaniyasında da iştirak edəcəyi gözlənilir.
Cənubi Koreyanın məşhur BTS qrupu bir neçə ildir ki, dünyanın aparıcı moda evləri ilə fəal əməkdaşlıq edir. “Dior” bu yaxınlarda qrup üzvü Jimin ilə müqavilə imzalayıb və 2021-ci ildə qrup üzvləri “Louis Vuitton” reklam kampaniyası üçün modellik ediblər.