Fotosessiya
Fotosessiya

“Dior” BTS-dən onu seçdi

“Dior” BTS-dən onu seçdi

Fransız moda evi “Dior” BTS qrupunun üzvü, Cənubi koreyalı müğənni Jimin ilə müqavilə imzalayıb.  

OLAY yazır ki, sözügedən marka sənətçini yeni qlobal brend səfiri kimi təqdim edib. 

“Cənubi koreyalı sənətçi indi “Dior” üslubunun ruhunu və unikallığını, zamansız imzası ilə müasirliyi təcəssüm etdirir”- qısa açıqlamada bildirilib.

Qeyd edək ki, BTS-in fransız moda evi ilə münasibətləri 2019-cu ildə dizayner Kim Consun “Love Yourself: Speak Yourself” dünya turu üçün səhnə geyimləri hazırlaması ilə başlayıb.