Son illərin ən populyar sənətçilərindən olan Edis dəbdəbəli “Prada” moda evinin nümayişini izləmək üçün Milana gedib.
OLAY yazır ki, o, payız/qış kişi kolleksiyasını təqdim edən “Prada” brendinin moda nümayişində yer alıb.
Ön cərgədən podiuma tamaşa edən Edis eynəyi, dəri şalvarı və paltosu ilə diqqət çəkib. Müğənninin görüntülərini Türkiyə KİV-i təqdim edib.