Fotosessiya
Fotosessiya

Sevda ərini belə təbrik etdi

Sevda ərini belə təbrik etdi

Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov yeni yaşına qədəm qoyub.

OLAY yazır ki, bu münasibətlə sənətçi instaqramda post paylaşıb.

İfaçı əriylə birgə şəklini izləyicilərlə bölüşərək bu fikirləri qeyd edib:

“Təkcə bu gün yox, səninlə keçirdiyim hər gün dəyərlidir. Həyatımın bir parçası olduğun üçün çox xoşbəxtəm. Əzizim, ad günün mübarək”.

Xatırladaq ki, cütlük 2021-ci ildə ailə qurub. Onların bir müddət öncə Ayla adlı qızları dünyaya gəlib.