Fotosessiya
Fotosessiya

Kazım özünə avtomobil hədiyyə etdi

Kazım özünə avtomobil hədiyyə etdi

Aparıcı Kazım Sübhan özünə yeni avtomobil hədiyyə edib.

OLAY yazır ki, bu haqda o, instaqramda məlumat paylaşıb.

“Bilirsiniz ki, mən doğum gününü qeyd etməyi çox sevirəm. İnsanlara hədiyyə almağı sevdiyim kimi, özümə də hədiyyə etməyi xoşlayıram. Yeni yaşımda özümə avtomobil aldım, sağlıqla sürüm. Özümü hamıdan qabaq təbrik etmək istəyirəm. Çünki düşünürəm ki, buna layiqəm”, - deyə, Kazım qeyd edib.