“Güldür-güldür” şousunun ulduzu, tanınmış türk aktrisa Doğa Rutkay donuz qripinə yoluxub.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat paylaşıb.
O, izləyicilərinə özlərini qorumalarıyla bağlı xəbərdarlıq edib.
“Yenidən maskalarınıza qayıdın. Çox ağır, ciddi bir xəstəlikdir. Ağrı, öskürək və qızdırma məni məhv edir. Səbr edirəm, ötüb keçəcək”, - deyə, D. Rutkay qeyd edib.