Fotosessiya
Fotosessiya

“Evli vaxtı “azad” olanlardan qorxun”

“Evli vaxtı “azad” olanlardan qorxun”

“Deyirəm, susum, görürəm yox. Bəzilərinin layiqincə ağzının payı verilməlidir. Son zamanlar özünə hörmət etməyən insanların haqqımda “azadlıq istəyirdi, ona görə ayrıldı” cümləsini çox eşidirəm. Siz bir mənim köhnə şəkillərimə baxmısınız? Ya ailəli vaxtı haralara getdiyimə? Mən həmişə azad olmuşam, həmişə də bu mövzuda bir-birimizə qarşı anlayışlı olmuşuq”.

OLAY yazır ki, bu sözləri instaqramda influenser Asya Aslanova paylaşıb. O, bir izləyicisinin “bu onsuz da belə azadlıq, rahatlıq istəyirdi, o da oldu” şərhinə qəzəblənib:

“İndi nə geyinirəmsə, əvvəllər də geyinirdim. Hansısa axmaq qadın sizin ətrafınızdan “öz azadlığına” görə ayrılıbsa, hamını belə axmaq bilməyiniz çox normaldır. Bu, sizin kiçik və lazımsız beyninizin olmasına işarədir. Kiçik beyniniz olsa da, bu, sizin üçün böyük problemdir. Mənim iki oğlum var. Hərəkətlərimi də, həyatımı da onların gözəl gələcəyini düşünərək qururam. Siz evli vaxtı “azad” olanlardan qorxun. Sanki məni gecə klublarında, ya da ağıllarında tutduqları yerlərdə görürlər, azadlıqdan danışırlar. Həyatınızı araşdırsaq, 5 cildlik kitab çıxar. Az camaatın günahına girin”.

Qeyd edək ki, Asya ötən il videoqraf Fuad İsmayılovdan ayrılıb. Onların iki oğlan övladı var.