Fotosessiya
Fotosessiya

“Onun bəyaz saçlarını seçdim”

“Onun bəyaz saçlarını seçdim”

“Eşitdiyimi yox, gördüyümü, onun bəyaz saçlarını seçdim”.

OLAY yazır ki, bu sözləri həyat yoldaşı haqda  “1inci” yutub kanalında müğənni Emma Ələkbərzadə deyib. O həmçinin, mahnılarından və layihələrindən də söz açıb:

 ““Sənə qurban” mahnısını Los-Ancelesdə yuxuda yazmışam. Dostlarımla gəzməyə gedəndə mənə video çəkdilər. Çox gözəl və sadə oldu. 2010-cu ildə bəstələnən mahnı hələ də hit olaraq qalıb. Tanımadığımız ifaçılar. Əgər ifaçı demək olarsa… O mahnının möhürünü mən vurmuşam. Onu məndən və Sevdadan (Əməkdar artist Sevda Ələkbərzadə) başqa kimsə oxuya bilməz. Müəllifi mənəm, hüquqularım da qorunur. Heç olmasa zəng edib icazə almaq olmazdı? O qədər bərbad ifa edirlər.

Komputerlə tonallığı 3 ton aşağı salırlar, ifa tərzi, səs yox. İstəmirəm nəsə deyim, kiminsə ifasını  paylaşım yazım. Bu da onlara reklam olar. Mən də özümə hörmət edən insanam. Qulaq asanda gülünc səslənir. Evdə heç kəs yoxdur, David tətildə. Pianonun üzünü uzun müddətdir açmırdım. Bir mahnı bəstələmişdim, fikirləşdim ki, qeyri-adi dəyişiklik edim. Gördüm ki, iç dünyam məni səsləyir, nəsə vadar edir. “İnsan” mahnısını ifa etdim, özüm üçün oxudum. Bu gün sənətdə nə qazanmışamsa, xalqımın sayəsində olub. Mən xoşbəxt ana, bacı, qadınam və ifaçıyam. Gənclərə məsləhət görürəm ki, qalmaqaldan uzaq dursunlar”.