Xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Qrip olduğunu bildirən aktrisa buna görə tamaşasının təxirə düşdüyünü deyib:
“Mənim sənətimi sevən, teatrsevər tamaşaçılarıma bildirmək istəyirəm ki... Səbirsizliklə gözlədiyiniz “Xurşudbanu Natəvan“ tamaşası yayılan qriplərin mənə də təsiri nəticəsində yanvarın 15-dən 26-na keçirilib. Mən deyən yox, Allah deyən olsa, varlığımla, sənətimlə, möhtəşəm Xurşudbanun qəzəlləri ilə sizi sevindirəcəm”.