Məşhur türk aktrisa Selin Şekerçi açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi bu sahəni seçdiyi üçün hər gün peşman olduğunu bildirib.
“Çünki böyük rəqabət, çəkiliş meydançalarında “mobinq” var. Gözəllik anlayışı ərşə qalxıb. Pandemiya zamanı kökəlmişdim. Sektorda birinin mənim haqda “Selin kökəlib, üçüncü dərəcəli aktrisa kimi görünür” dediyini eşitdim”, - deyə, Şekerçi fikirlərinə əlavə edib.