Fotosessiya
Fotosessiya

“Görəndə, nə deyəcəyimi bilmədim”

“Görəndə, nə deyəcəyimi bilmədim”

Xalq artisti Aygün Kazımova sosial şəbəkələrdə müzakirə yaradan işgəncəyə məruz qalmış pişiyin fotosuna münasibət bildirib.

OLAY yazır ki, bununla bağlı o, instaqramın hekayə bölməsində paylaşım edib. 

“Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə, nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi gəlmir. Bunu edənlər hansı ürəyə sahibdirlər? Bu cür vəhşilik olarmı?

Bir heyvandan insan nə istəyə bilər axı? O da bir canlıdır. Özü də dili, ağzı olmayan bir canlı. Bu cür hal ilk deyil. Bundan əvvəl də dəfələrlə heyvanlara işgəncə verilən görüntülər yayıldı. Bu, canilikdir. Heyvana işgəncə vermək olmaz. İnanıram ki, lazımi qurumlar bu məsələni araşdırıb, səbəbkarları cəzalandıracaqlar. Gəlin, mərhəmətimizi itirməyək”, - deyə, sənətçi vurğulayıb.