Müğənni Rita Dakota 2020-ci ildən münasibətdə olduğu sevgilisi Fedor Beloqayla niyə evlənmək istəmədiyini açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında məlumat verib.
“Fedya ilə mən artıq evli idik. Mənim də ərim var idi, onun arvadı var idi. Sonra ikimiz boşandıq və bir-birimizlə tanış olduq. Ancaq evlilik artıq məni və ya onu cəlb etmir”, deyə Rita yazıb.
Qeyd edə ki, Rita Vlad Sokolovski ilə 2015-2018-ci illərdə evli olublar. Onların bu nikahdan Mia adlı bir qızı var. 2018-ci ildə Rita Dakota xəyanətlərinə görə Vlad Sokolovski ilə ayrılıb.