Fotosessiya
Fotosessiya

Xalidə nənə xəstəxanaya yerləşdirildi

Xalidə nənə xəstəxanaya yerləşdirildi

Sosial şəbəkədəki videolarıyla məşhurlaşan 87 yaşlı Xalidə nənə xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, bu barədə ona məxsus instaqram hesabından məlumat paylaşılıb.

“Evdə təzyiqi qalxıb, başı hərlənib və yıxılıb. Sol qolunda və sol ayağında sınıq var… Əməliyyat yekunlaşıb, həkim uğurlu keçdiyini bildirib.”, - deyə, məlumatda qeyd edilib.

Xəstəxanada müalicəsi davam etdirilən Xalidə nənənin bir neçə günə evə buraxılacağı vurğulanıb.